Cənubi Koreyada prezidenti həbs etməyə qoymayan mühafizə xidmətinin rəhbəri istefa verdi

Cənubi Koreya Prezident Mühafizə Xidmətinin rəisi Pak Çon Çjun istefa verib.

Oxu.Az-ın məlumatına görə, bu barədə “Yonhap” agentliyi xəbər verib.

Bildirilib ki, Koreya Respublikasının prezident səlahiyyətlərini icra edən Çxve San Mok istefanı qəbul edib.

Pak Çon Çjun hazırda polisə hökumət orqanlarının fəaliyyətinə maneə törətmə işi ilə bağlı ifadə verir.

Qeyd edək ki, yanvarın 3-də o, müstəntiqlərə prezidenti həbs etməyə imkan verməyib. Mühafizə xidməti ilə beş saat yarımlıq qarşıdurmadan sonra müstəntiqlər kompleksi tərk ediblər.

Xatırladaq ki, 2024-cü il dekabrın 3-də prezident Yun Sok Yol müxalifəti Şimali Koreyaya casusluqda günahlandıraraq respublikada hərbi vəziyyət elan edib. Bir neçə saat sonra hərbi vəziyyət ləğv olunub. Dekabrın 14-də parlament ölkə başçısına impiçment elan edib.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More