Daha bir ölkədə metapnevmovirus yoluxması aşkar edilib

Rumıniyada da metapnevmovirus xəstəliyinə yoluxma aşkar edilib.

Oxu.Az-ın “Bihoreanul” nəşrinə istinadla məlumatına görə, bu barədə bölgənin İctimai Səhiyyə İdarəsinin rəhbəri Kelin Sonya məlumat verib.

“Bihor bölgəsində bir xəstədə HMPV-nin (metapnevmovirus) ilk halı təsdiqlənib. Kantakuzino İnstitutunda aparılan analizlərdən sonra onun ştamı da müəyyən ediləcək”, – deyə o bildirib.

Sonyanın sözlərinə görə, 67 yaşlı pasiyent ölkədən kənara səfər etməyib.

“Bununla əlaqədar bölgənin tibbi qurumları epidemioloji araşdırmaya başlayıb. Pasiyent xəstəxanaya yerləşdirilib və təcrid olunub. Onun vəziyyəti stabildir”, – deyə qurumun rəhbəri əlavə edib.

Xatırladaq ki, COVID-19 pandemiyasından beş il sonra Çində yeni epidemiya – insan metapnevmovirusu (HMPV) baş qaldırıb. Bu xəstəlik zəifləmiş pasiyentlərdə pnevmoniyaya çevrilə bilir. Çindən başqa QazaxıstandaQırğızıstanda da yoluxma halları barədə məlumat verilib.



Mənbə

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More