İspaniya Superkubokunda ikinci yarımfinal qarşılaşması başa çatıb.
Oxu.Az xəbər verir ki, Səudiyyə Ərəbistanının Ciddə şəhərində “Real Madrid”lə “Malyorka” üz-üzə gəlib.
Gözlənildiyi kimi, “kral klubu” 3 cavabsız qolla finala vəsiqə qazanıb – 3:0.
Beləliklə də, Madrid təmsilçisi İspaniya Superkuboku uğrunda həlledici oyunda ilk yarımfinalda “Atletik”i 2:0 məğlub edən “Barselona” ilə mübarizə aparacaq.