Şabranda davada xəsarət alan məktəbli gözündən ciddi xəsarət aldı, Bakıya göndərildi

“Yanvarın 8-də saat 11 radələrində Şabran rayon sakini, 17 yaşlı şəxs (kişi cinsli) baş, göz və əl nahiyələrində əzilmiş və cırılmış yaralar diaqnozu ilə Şabran Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya edilib”.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

Bildirilib ki, gəncə zəruri tibbi yardım göstərilib:

“O, ixtisaslı tibbi xidmət alması məqsədilə Bakı Elmi-Tədqiqat Göz Xəstəlikləri Klinikasına göndərişlə təmin olunub”.

Həmçinin Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin baş inspektoru, polis baş leytenantı Xəyal Talıbov Oxu.Az-a açıqlamasında bildirib ki, məktəblilərin arasında baş verən münaqişə ilə bağlı hazırda Şabran Rayon Polis Şöbəsində araşdırma aparılır.

Xatırladaq ki, Şabranda 10-cu sinif şagirdi məktəbli yoldaşına xəsarət yetirib. Quba-Xaçmaz Regional Təhsil İdarəsindən verilən məlumata görə, Şabran şəhəri Tofiq Abbasov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbinin 10-cu sinif şagirdi məktəbdənkənar ərazidə 11-ci sinif şagirdinə qarşı aralarında yaranmış mübahisə zamanı xəsarət yetirib.

Aləmdə Nəsib



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More