Qax Rayon Məhkəməsinin hakimi Taleh Kərimovun bu gün səhər saatlarında qəfil vəfatı ilə bağlı təfərrüat məlum olub.
Oxu.Az “Qafqazinfo”ya istinadən bildirir ki, səhər saatlarında mənzilində duş qəbul edən T.Kərimovun dəm qazından halı pisləşib və hamamda yerə yıxılıb. Hamam otağından çıxmağı bacaran gənc hakim digər otaqda divanda keçinib.
Qeyd edək ki, Taleh Kərimov daha öncə uzun müddət Ağdaş Rayon İcra və Probasiya şöbəsində icra məmuru vəzifəsində çalışıb. O, 2023-cü ilin mayından Qax Rayon Məhkəməsinin hakimi vəzifəsində işləyirdi.
Qax Rayon Məhkəməsinin hakimi qəfil vəfat edib.
Oxu.Az “Qafqazinfo”ya istinadla xəbər verir ki, məhkəmə hakimi, 1989-cu il təvəllüdlü Taleh Etibar oğlu Kərimov bu gün səhər saatlarında dünyasını dəyişib.
Bildirilib ki, T.Kərimovun səhhəti yaşadığı evdə pisləşib. Hadisə yerinə həkim briqadası çağırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, Mingəçevir şəhər sakini olan T.Kərimov ötən ilin may ayında Qax Rayon Məhkəməsinin hakimi vəzifəsinə təyin olunmuşdu.