Tiktoker Fatimə ev dustaqlığına buraxıldı

“TikTok” əməliyyatı zamanı saxlanılan Fatimə Şeydabəyova ev dustaqlığına buraxılıb.

Oxu.Az Lent.az-a istinadla xəbər verir ki, bu barədə qərar Binəqədi Rayon Məhkəməsində keçirilən prosesdə elan edilib.

Belə ki, təqsirləndirilən şəxsin vəkili məhkəmə qarşısında vəsatət qaldırıb.

Vəsatətdə göstərilib ki, tiktoker xanımın autizmdən əziyyət çəkən 4 yaşlı övladı var.

Qısa müşavirədən sonra məhkəmə humanist addım ataraq vəsatəti təmin edib və Fatimə Şeydabəyova ev dustaqlığına buraxılıb.

Qeyd edək ki, ona qarşı Cinayət Məcəlləsinin 234.1-1-ci (satış məqsədi olmadan külli miqdarda qanunsuz narkotik vasitələr və ya psixotrop maddələri saxlama və ya daşıma) maddəsi ilə ittiham irəli sürülüb.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More