Bakıda bazarda ölüm hadisəsi olub.
Oxu.Az Lent.az-a istinadla xəbər verir ki, hadisə Nizami rayonu ərazisində yerləşən “8-ci kilometr” bazarında qeydə alınıb.
Buraya alış-verişə gələn 65 yaşlı Nazilə Bərxudar qızı Əliyeva qəfil dünyasını dəyişib. Onun xəstəlik səbəbilə öldüyü ehtimal edilir.
Faktla bağlı araşdırma aparılır.