Koreyada təyyarə qəzası ilə bağlı yeni təfərrüat məlum olub

“Jeju Air” təyyarəsinin hər iki qara qutusu onun dekabrın 29-da hava limanının beton hasarına çırpılmasından dörd dəqiqə əvvəl qeydiyyatı dayandırıb.

Oxu.Az bildirir ki, bu barədə “RIA Novosti” Cənubi Koreya Nəqliyyat Nazirliyinə istinadən məlumat yayıb.

Eyni zamanda, təyyarənin pilot kabinəsindəki diktofonlar da işləməyi dayandırıb.

Yanvarın 2-də Cənubi Koreya Nəqliyyat Nazirliyinin Mülki Aviasiya Departamentinin direktoru Cu Conq Van bildirmişdi ki, mütəxəssislər “Jeju Air” təyyarəsinin qara qutularından birinin məlumatlarını deşifrə ediblər, ikincisinin deşifrəsi isə zədələr səbəbindən daha çox vaxt tələb edəcək.

Qeyd edək ki, dekabrın 29-da Banqkokdan Muana uçan “7C 2216” reysi ilə “Boeing 737-800” təyyarəsi hava limanına eniş zamanı uçuş-eniş zolağından kənara çıxıb və hasarla toqquşub, nəticədə yanğın baş verib. Təyyarədə 181 nəfər olub, onlardan 179 nəfəri həlak olub.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More