Masallıda 30 yaşlı qadının ölümü ilə bağlı araşdırmalara başlanıldı

Masallı rayonu Babaser kənd sakini 1995-ci il təvəllüdlü Dünya Güləbala qızı Ağayeva yanvarın 4-də dəqiqləşdirilməmiş dərman zəhərlənməsi diaqnozu ilə Masallı Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə daxil olub, göstərilən tibbi yardımlara baxmayaraq, D.Ağayeva yanvarın 10-da saat 10 radələrində müalicə aldığı xəstəxanada ölüb.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, faktla bağlı Masallı Rayon Prokurorluğunda araşdırma aparılır.

Masallıda zəhərlənərək dünyasını dəyişməsi deyilən qızın ölüm səbəbi meningit olub.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən verilən məlumatda qeyd olunub.

“Yanvarın 4-də saat 00:20-də 1995-ci il təvəllüdlü 1 nəfər (qadın cinsli) dəqiqləşdirilməmiş meningit diaqnozu ilə Masallı Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib.

Vəziyyəti ağır qiymətləndirilən şəxsə bütün zəruri tibbi müdaxilələrin göstərilməsinə baxmayaraq, yanvarın 10-u saat 09:40-da ölüm faktı qeydə alınıb”, – deyə qurumdan bildirilib.

Aygün Mirakif

Masallıda 30 yaşlı qız zəhərlənərək ölüb.

Oxu.Az “Report”a istinadla xəbər verir ki, Babaser kənd sakini, 1995-ci il təvəllüdlü Dünya Güləbala qızı Ağayeva yanvarın 4-də dəqiqləşdirilməmiş dərman zəhərlənməsi diaqnozu ilə Masallı Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə daxil olub.

Göstərilən tibbi yardımlara baxmayaraq, D.Ağayeva yanvarın 10-da müalicə aldığı xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More