Aleksandar Vuçiç Azərbaycan Prezidentinə təşəkkür etdi

Serbiyanın dövlət başçısı Aleksandar Vuçiç Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib.

Oxu.Az xəbər verir ki, bu barədə o, “X” sosial platformasında yazıb.

“Azərbaycanlı qardaşlarımız və dostlarımız məni məlumatlandırdılar ki, fors-major səbəbindən yaranan obyektiv problemlərə baxmayaraq, Serbiyaya qaz təchizatı dayandırılmayacaq. Azərbaycana və tezliklə Belqradda böyük səbirsizliklə gözlədiyimiz Prezidentə sonsuz təşəkkürlər”, – Vuçiç qeyd edib.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More