Polşa Rusiyaya uçan Slovakiya təyyarəsini öz hava məkanına buraxmayıb

Polşa Rusiyaya səfər edən Slovakiya parlamentinin nümayəndə heyətini aparan təyyarənin öz hava məkanından keçməsinə icazə verməyib.

Oxu.Az xəbər verir ki, bu barədə RBK məlumat yayıb.

Qeyd olunur ki, məlumatı Slovakiya parlamentinin vitse-spikeri Andrey Danko da təsdiq edib.

“Mən indicə öyrəndim ki, Polşa bizə birbaşa uçuşa icazə vermir, ona görə də biz uçuşu Almaniya üzərindən həyata keçirəcəyik. Mən Polşanın bu yanaşmasını başa düşmürəm, amma hər halda bunu reallıq kimi qəbul edirəm” – deyə A.Danko vurğulayıb.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More