Sakinlərdən şikayət: “Yaşlı adamlarıq, işə gedib-gəlirik, pilləkənləri çıxanda təngnəfəs oluruq”

Zığ-Hövsan yolunun üzərində, Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yanında sakinlərin rahatlığını təmin etmək üçün yerüstü piyada keçidi tikilib, lakin vətəndaşlar narazıdırlar. Çünki piyada keçidinə qalxmaq üçün lift quraşdırılsa da, işləmir.

“Tədbir görsünlər. Yaşlı adamlarıq, işə gedib-gəlirik, pilləkənləri çıxanda təngnəfəs oluruq”, – deyə sakinlər narazılıqlarını dilə gətiriblər.

Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, sözügedən piyada keçidi istismara tam qəbul olunmayıb:

“Yaxın günlər ərzində keçidin istismara tam qəbul olunması və liftlərin işlək vəziyyətə salınması nəzərdə tutulur”.

Daha ətraflı Baku TV-nin videomaterialında:

Sakinlərdən şikayət: “Yaşlı adamlarıq, işə gedib-gəlirik, pilləkənləri çıxanda təngnəfəs oluruq”







Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More