Somali və Efiopiya diplomatik münasibətləri bərpa edir

Somali və Efiopiya bir il əvvəl Efiopiyanın Somaliland ilə imzaladığı memorandumla bağlı münaqişə nəticəsində kəsilən diplomatik münasibətləri tam bərpa etmək barədə razılığa gəliblər.

Oxu.Az TASS-a istinadən xəbər verir ki, Somali və Efiopiya liderləri arasında Əddis-Əbəbədə keçirilən danışıqların yekunlarına dair bəyanatda deyilir: “Tərəflər hər iki ölkədə diplomatik missiyaları bərpa etməklə ikitərəfli münasibətləri tarazlayıb və gücləndirmək barədə razılığa gəliblər”.

Qeyd edildiyi kimi, danışıqlar zamanı ikitərəfli münasibətlər, xüsusilə təhlükəsizlik, iqtisadiyyat, ticarət və investisiya sahələrində əməkdaşlıq məsələləri müzakirə edilib, Ankara bəyannaməsinin sülh yolu ilə nizamlanmasına dair müddəalarının həyata keçirilməsini sürətləndirmək barədə razılığa gəlinib.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More