Xorvatiyada prezident seçkisinin ikinci turu keçirilir

Xorvatiyada bazar günü prezident seçkisinin ikinci turu keçirilir.

Oxu.Az TASS-a istinadən xəbər verir ki, ölkə sakinləri daha beş il müddətinə öz dövlət başçısını seçəcəklər.

Xorvatiya Milli Seçki Komissiyasının məlumatına görə, bu seçkidə 3 milyon 769 min 598 seçici səs vermək hüququna malikdir, onlardan 251 min 170 nəfəri xaricdə səs verə biləcək. Səs vermək istəyənlər üçün 6755 seçki məntəqəsi açıq olacaq, onlardan 105-i 38 ölkədə olacaq.

Dövlət başçısı vəzifəsinə namizədlər hazırkı Prezident Zoran Milanoviç və keçmiş elm, təhsil və idman naziri Draqan Primoratsdır.



Mənbə

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More