Yeni virus COVID-dən daha təhlükəlidir? – Mütəxəssis izah edir

Çində yayılan metapnevmovirus insanlarda təşvişə səbəb olmağa davam edir.

Oxu.Az xəbər verir ki, əsas simptomları öskürək, hərarət, burun tutulması və yorğunluq olan virusa yoluxma halları bir sıra ölkələrdə artıb. Qonşu Gürcüstanın Yoluxucu Xəstəliklərə Nəzarət Milli Mərkəzi də son həftələrdə qripin müxtəlif növlərinə yoluxma hallarının artdığını açıqlayıb.

Səhiyyə üzrə ekspert, Gürcüstanın Mərkəzi Respublika Xəstəxanasının həkimi Maka Beluaşvili metapnevmovirusun COVID-19-dan fərqini izah edib:

“COVID-19 dünyada yeni virus növü olduğundan onunla mübarizə aparmaq olduqca çətin oldu. Metapnevmovirus isə yeni deyil. Bu barədə bütün səhiyyə işçiləri məlumatlıdırlar və müalicə-profilaktika tədbirləri bəllidir. Vətəndaşlara tövsiyə edirəm ki, mövsümi virusların geniş yayıldığı bu aylarda yüksək hərarət, boğaz ağrısı, öskürək kimi əlamətlər bir neçə gün davam edərsə, mütləq həkimə müraciət etsinlər”.

Ətraflı Baku TV-nin süjetində:

Yeni virus COVID-dən daha təhlükəlidir? – Mütəxəssis izah edir







Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More