“Arsenal”la görüşdə iki penaltini dəf edən Altay Bayındır rekorda imza atıb

Türkiyə millisinin və “Mançester Yunayted”in qapıçısı Altay Bayındır “Arsenal”la matçdakı çıxışı ilə tarix yazıb.

Oxu.Az “Sky Sports”a istinadən xəbər verir ki, oyuna əsas heyətdə başlayan Altay biri əsas vaxtda olmaqla, 2 penalti dəf edərək 10 nəfər qalan komandasını növbəti mərhələyə daşıyıb.

Digər tərəfdən, Altay Bayındır 2013-2014-cü ildən bəri İngiltərə Kuboku matçında əsas vaxtda və penaltilər seriyasında penaltini dəf edən ilk Premyer Liqa qapıçısı olub.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More