Hakan Fidan və Sergey Lavrov regional məsələləri müzakirə ediblər

Türkiyə və Rusiyanın xarici işlər nazirləri Hakan Fidanla Sergey Lavrov arasında telefon danışığı olub.

Oxu.Az TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Xarici siyasət idarələrinin rəhbərləri müntəzəm, etimadlı dialoqun inkişafı çərçivəsində beynəlxalq və regional məsələlər, o cümlədən Ukrayna ətrafındakı vəziyyət kontekstində fikir mübadiləsi aparıblar” – deyə məlumatda qeyd olunur.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More