Los-Ancelesdə keçirilməli olan UFC döyüşləri təxirə salına bilər

MMA üzrə Mütləq Döyüş Çempionatı (UFC) ABŞ-nin Los-Anceles şəhərində keçirilməyə bilər.

Oxu.Az xəbər verir ki, bu barədə UFC-nin baş direktoru Deyna Uayt açıqlamasında bildirib.

O, meşə yanğınları ilə bağlı vəziyyət pisləşəcəyi təqdirdə, “UFC 311″in Las-Veqasda təşkilini təklif edib:

“Yanğın daha da pisləşsə, biz Las-Veqasa gedəcəyik. Amma hələlik hər şey olduğu kimi qalır”.

Turnirin yanvarın 19-na keçən gecə baş tutacağı gözlənilir.

Qeyd edək ki, yanvarın 4-dən ABŞ-də davam edən meşə yanğınlarında ən azı 24 nəfərin öldüyü bildirilib.



Mənbə

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More