Məhkəmədən tiktoker “Vaqa” ilə bağlı QƏRAR

“TikTok” əməliyyatında həbs edilən “Vaqa” ləqəbli tiktoker Vüqar Zeynalzadə ev dustaqlığına buraxılmayıb.

Oxu.Az Lent.az-a istinadən məlumat verir ki, Bakı Apellyasiya Məhkəməsində tiktokerin şikayətinə baxılıb.

Onunvəkili Arzu Cavadov Nərimanov rayon məhkəməsinin müvəkkili barəsində çıxardığı 4 ay müddətinə həbs-qətimkan tədbirindən narazı olduğunu bildirib.

Vəkil vəsatətində göstərib ki, təqsirləndirilən şəxsin himayəsində 2 azyaşlı uşaq var, anası ağır onkoloji xəstəlikdən əziyyət çəkir.

Daha sonra məhkəmə yekun qərarı elan edib.

Qərara əsasən, “Vaqa” ləqəbli tiktokerin şikayəti təmin edilməyib və Nərimanov Rayon Məhkəməsinin onun barəsində çıxardığı qərar qüvvədə qalıb.

Xatırladaq ki, Vüqar Zeynalzadəyə qarşı Cinayət Məcəlləsinin 234.1-1-ci (satış məqsədi olmadan külli miqdarda qanunsuz narkotik vasitələr və ya psixotrop maddələri saxlama və ya daşıma) maddəsi ilə ittiham irəli sürülüb.

Qeyd edək ki, “TikTok”da əxlaqsızlığın təbliğinə qarşı əməliyyat polis tərəfindən keçirilib. Saxlanılan şəxslər müxtəlif cinayətlərdə təqsirləndirilirlər.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More