Qərbi azərbaycanlılar doğma yurdlarına qayıdıb yaşaya bilər?

Baku TV paytaxt sakinləri arasında “Qərbi Azərbaycan sakinləri qayıdıb, öz yurdlarında yaşaya bilərlərmi?” sualı ilə sorğu keçirib.

Sorğu iştirakçılarının əksəriyyəti Qərbi azərbaycanlıların öz ata-baba yurdlarına qayıtmalarının onların haqları olduğunu bildirib.

Ermənilərlə münasibətlərin normallaşması məsələsinə gəlincə, sakinlər bu mövzuda da müsbət düşünsələr də, keçmişdə baş verənləri unutmamaq lazım olduğunu vurğulayıblar.

“Dünyada bir çox millətlər arasında müharibələr olub. Amma onların hamısının sonu sülhlə bitib. Başqa bir yol yoxdur. Ermənilər bizimlə qonşudurlar, onları olduqları yerdən köçürə bilmərik. Birgə sülh içində yaşamalıyıq”, – deyə sakin söyləyib.

Daha ətraflı videomaterialda:

Qərbi azərbaycanlılar doğma yurdlarına qayıdıb yaşaya bilər?





Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More