Tibetdə daha bir güclü zəlzələ baş verib

Çinin cənub-qərbində, Nepalla sərhəddə yerləşən Tibet Muxtar Bölgəsində 4.9 bal gücündə zəlzələ qeydə alınıb.

Oxu.Az-ın xəbərinə görə, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzindən məlumat verilib.

Məlumata görə, yeraltı təkanların episentri təxminən 8 700 nəfər əhalisi olan Nepalın Lobuçe şəhərindən 83 km şimal-şərqdə yerləşib. Zəlzələnin ocağı 10 km dərinlikdə qeydə alınıb.

Xəsarət alanlar və ya dağıntılar barədə hələki məlumat yoxdur.

Xatırladaq ki, yanvarın 7-də Çinin cənub-qərbində, Nepalla sərhədə yaxın Tibet Muxtar Bölgəsində 7.1 bal gücündə dağıdıcı zəlzələ baş verib. Təbii fəlakət qurbanlarının ümumi sayı 120 nəfəri ötüb.



Mənbə

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More