1988-ci ildə ermənilərin Qərbi Azərbaycanda törətdiyi etnik təmizləmə, deportasiya zamanı əhalisi zorakılığa, zülmə məruz qalan yaşayış məntəqələrindən biri də Xalisa kəndi olub.
Kənddə dədə-babalarından miras qalan doğma yurdlarını tərk etmək istəməyən insanlara divan tutulub, torpaqlarından, ev-eşiklərindən zorla məhrum ediliblər. Xalisa faciəsinin canlı şahidlərindən biri olan Söhbət Novruzova yaşadıqları dəhşəti Baku TV-yə danışıb:
“Kəndi mühasirəyə aldıqlarını bilmirdik. Darvazanı döyüb yoldaşımı çağırdılar. Cavab verməyəndə qonşunun həyətindən bizə keçdilər. Yoldaşım və qızımla bağa qaçıb onları izlədik. Qapını qırıb evə girdilər, daha sonra çıxıb getdilər. Yoldaşım gedib baxanda gördü ki, bişirdiyim yeməyi yeyiblər. Evimizə girənlərdən iki nəfəri getməyibmiş. Onlar yoldaşımı döyməyə başladılar. Buraxandan sonra isə yoldaşımın qohumunun evinə getdik. Gördük ki, harada azərbaycanlı qalıbsa, onları evlərindən çıxarıb məktəbin qarşısına yığırlar. Kimin pulu var idisə əlindən alırdılar, döyüb maşına mindirirdilər”.
Daha ətraflı videomaterialda: