Çinin “China Southern” aviaşirkəti Moskva-Pekin marşrutu üzrə birbaşa uçuşları yanvarın 20-dən martın 30-dək dayandırıb.
Oxu.Az xəbər verir ki, bu barədə Rusiya Turizm Operatorları Assosiasiyası məlumat yayıb.
Məlumata görə, hazırda dörd aviaşirkət Moskva-Pekin marşrutu üzrə uçuşlar həyata keçirir: “China Southern”dən başqa, bunlar “Aeroflot”, “China Eastern” və “Hainan Airlines”dır.
Uçuşların ləğvi 15-17 min insana təsir edə bilər. Qərarın səbəbləri hələ ki məlum deyil. Uçuşların ləğvinin Avropa Aviasiya Təhlükəsizliyi Agentliyinin (EASA) Rusiya hava məkanında uçuşlardan çəkinmək tövsiyəsi ilə əlaqəli olması mümkündür.
Comments are closed.