Baku TV-nin “Qapqara” verilişinin yeni buraxılışı yayımlanıb.
Verilişin budəfəki sayının qonağı filologiya üzrə fəlsəfə doktoru Firudin Qurbansoy olub.
Astrologiyanın dəqiq elm olduğunu söyləyən F.Qurbansoy göyün sferalarından söz açıb.
“Göyün 9 sferası var ki, onlardan 7-də səyyarə (planet) və bürclər yer alır, digər 2-də isə nə ulduz, nə də bürclər mövcud deyil. Yer kürəsindəki bütün qumları toplasaq, göy üzündəki ulduzların sayı onlardan 10 dəfə çox olacaq. Astrologiya bütün sahələrə – uşaq tərbiyəsinə, əkinçiliyə, siyasətə, heyvandarlığa, şəxsiyyətlər arasındakı ünsiyyətə və s. sirayət edən elmdir”, – deyə o qeyd edib.
Firudin Qurbansoy 2025-ci ildə insanları nələrin gözləməsindən də danışıb:
“2025-ci ildə insanlar həddindən artıq cəld hərəkət edəcəklər. Eyni zamanda incəsənət çox gözəl inkişaf edəcək, xüsusən də musiqi sahəsində möhtəşəm əsərlər meydana gələcək. Bu il “Dolça” bürcləri üçün çox gözəl il olacaq. Əvvəllər NASA-nın adından yalançı xəbərlər yayırdılar ki, 2021-ci il 21 dekabrda dünyanın sonu olacaq. Belə dezinformasiyalar bilərəkdən yayılır ki, insanlar qorxu içində yaşasınlar, özlərinə güvənləri olmasın”.
Ətraflı süjetdə: