Hakim Ziyeş karyerasını İtaliya nəhəngində davam etdirə bilər

“Qalatasaray” klubunun ulduz futbolçusu Hakim Ziyeş karyerasını İtaliya nəhəngi “Napoli”də davam etdirə bilər.

Oxu.Az “Aspor”a istinadən xəbər verir ki, “Napoli” klubu hücum xəttini mərakeşli futbolçu ilə gücləndirmək qərarına gəlib.

“Qalatasaray” rəsmiləri 31 yaşlı hücumçunun keçidi üçün İtaliya klubundan minimum 10 milyon avro tələb ediblər.

Qeyd edək ki, “Qalatasaray”la 34 rəsmi oyunda meydana çıxan Ziyeş səkkiz qol və beş məhsuldar ötürmə ilə yadda qalıb.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More