Kaliforniya hadisəsi ABŞ tarixində ən baha başa gələn meşə yanğını oldu: Dəymiş ziyan hesablandı

ABŞ-nin Kaliforniya ştatının Los-Anceles dairəsində meşə yanğınlarının vurduğu iqtisadi ziyan 250 milyard dolları ötüb.

Oxu.Az-ın xəbərinə görə, bu barədə “AccuWeather” konsaltinq şirkəti məlumat verib.

“Bu sürətlə yayılan, küləklə sovrulan cəhənnəm alovu ABŞ tarixində ən baha başa gələn meşə yanğınlarına səbəb oldu”, – deyə “AccuWeather”in baş meteoroloqu Conatan Porter qeyd edib.

Şirkətin qiymətləndirməsinə görə, fəlakətin vurduğu ziyan 250-275 milyard dollar təşkil edib ki, bu da 2024-cü ildə “Helen” qasırğasının və 2020-ci ildə bütün meşə yanğınları mövsümünün vurduğu zərərdən çoxdur.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More