KTMT baş katibi: “ABŞ və Ermənistan tərəfdaşlığı digər ölkələr üçün təhlükə yaratmamalıdır”

“İrəvan və Vaşinqton arasındakı tərəfdaşlıq digər ölkələrin təhlükəsizliyinə təhdid yaratmamalıdır”.

Oxu.Az xəbər verir ki, bu barədə “News.ru”ya Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi İmanqali Tasmaqambetov bildirib.

“Ümumiyyətlə, Vaşinqtonla belə tərəfdaşlığın qurulması ikitərəfli münasibətlərin inkişafı çərçivəsində Ermənistan Respublikasının suveren hüququdur. Lakin burada hər iki tərəf bərabər və bölünməz təhlükəsizlik prinsipindən çıxış etməlidir. Yəni bu tərəfdaşlıq digər dövlətlər və beynəlxalq birliklərin təhlükəsizliyinə təhdid yaratmamalıdır”, – KTMT-nin baş katibi qeyd edib.

Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More