Lənkəranda Xəzərdə itkin düşən balıqçıların axtarışları davam etdirilir

Lənkəran rayonunun Siyavar kənd sakinlərinin axtarışları davam edir.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

“13 yanvar 2025-ci il tarixində Lənkəran şəhəri, Siyavar kəndi yaxınlığında Xəzər dənizində iki balıqçının itkin düşməsi barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumat əsasında axtarışlar davam etdirilir.

Hazırda itkin düşdüyü ehtimal edilən vətəndaşlar – 1984-cü il təvəllüdlü Mahmud Əbdüləli oğlu İbayev və 1968-ci il təvəllüdlü Nazim Səməd oğlu Abbasovun axtarışları FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin qüvvələri tərəfindən həyata keçirilir. Əlavə məlumat veriləcək”, – deyə məlumatda bildirilir.

Əzizə İsmayılova

Lənkəranda balıqçılar itkin düşüb.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, bu gün səhər saat 08:00-da balıq tutmaq məqsədilə Lənkəran rayonunun Siyavar kənd sakinləri 1984-cü il təvəllüdlü Mahmud Əbdüləli oğlu İbayev və 1968-ci il təvəllüdlü Nazim Səməd oğlu Abbasov dənizə çıxıblar.

Saat 17:00-da geri qayıtmalı olduqları halda, bu saata qədər onlardan heç bir xəbər yoxdur. Hazırda sahil mühafizə hissəsinin əməkdaşları balıqçıların axtarışını həyata keçirir.

Hazırda Lənkəranda bəzi ərazilərdə duman müşahidə olunur. Balıqçıların qayığının dumanlı hava şəraitinə görə istiqamətini dəyişdiyi ehtimal olunur.

Qeyd edək ki, hər iki şəxsin uzun müddətdir ki, balıqçılıqla məşğul olduğu bildirilir.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More