“Neftçi” yaponiyalı futbolçunun transferini AÇIQLADI

“Neftçi” yaponiyalı futbolçu Ryonosuke Ohorini transfer edib.

Oxu.Az xəbər verir ki, bu barədə klubun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, “ağ-qaralar”ın heyətində 18 nömrəli formanı geyinəcək 24 yaşlı futbolçu ilə “5 ay + 2 il” şərti ilə müqavilə bağlanıb.

Ohori futbola Yaponiyanın “Sanfreççe” klubunun akademiyasında başlayıb. Sonuncu klubu “Transinvest”in (Litva) heyətində 2024-cü ilin fevralından meydana çıxdığı 31 çempionat matçında 6 qola imza atıb. Orta xətt oyunçusu sürəti və driblinqi ilə seçilir.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More