Serenay Sarıkaya və bir çox məşhurun ​​meneceri ilə bağlı qərar: Ölkədən çıxışına qadağa qoyuldu

Türkiyədə “ID Consulting Limited Company” şirkətinin təsisçisi və ortağı, Serenay Sarıkaya, Hande Erçel və digər məşhurların meneceri olan Ayşe Barım barəsində aparılan istintaq çərçivəsində qərar verilib.

Oxu.Az-ın xəbərinə görə, bu barədə Respublika Baş Prokurorluğundan məlumat verilib.

Məlumata görə, prokurorluq Barımın sosial şəbəkələrdə bəzi sənətçi və aktyorlarla bağlı etdiyi paylaşımlarda yer alan iddiaların məlumat xarakteri daşıdığını qəbul edərək, həqiqətin ortaya çıxması məqsədilə araşdırmalara başlayıb. İstintaq prosesində onun ölkədən çıxışına qadağa qoyulub.

Qeyd edək ki, Ayşe Barım film sektorunda inhisarçılıq iddiaları ilə də gündəmə gəlmişdi. Əks fikirdəki aktyorları sektordan uzaqlaşdırdığı ilə bağlı tənqidlərə məruz qalan Barım istintaq prosesində bu iddialarla bağlı da sorğu-sual olunacaq.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More