Bir müddət əvvəl inşaat işləri aparılan “Ukrayna dairəsi”ndə hərəkətin təşkilində edilmiş dəyişiklik effektiv alınmayıb. Bu dəyişiklik qəzaların sayını azaltsa da, ciddi sıxlığa səbəb olub.
Oxu.Az XəzərTV-yə istinadən xəbər verir ki, burada yol-nəqliyyat hadisələri tez-tez olduğundan dairə ətrafında aidiyyəti qurumlar tərəfindən dəyişiklik edilib.
Yolda bir neçə yerdə təhlükəsizlik adacıqları yaradılmaqla, yol nişanları da qoyulub.
Sürücülər deyirlər ki, bu dairə ətrafında zolaqların sayının azalması günün pik saatlarında sıxılığın yaranmasına səbəb olub.
Sürücülər onu da əlavə ediblər ki, yeni layihənin dairə ətrafında təhlükəsizliyin artmasında böyük rolu var. Sürücülər hesab edirlər ki, ərazidə böyük tıxacları yalnız işıqforlar vasitəsi ilə tənzimləmək olar.
Yol hərəkəti qaydaları üzrə ekspertlər hesab edirlər ki, Məhəmməd Hadi, Neapol və Aşıq Ələsgər küçələrindən dairəyə birləşən nöqtələrdə işıqfor qoymaq olar. Amma bundan əvvəl orada yenidən təhlillər aparılmalıdır.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) isə “Xəzər Xəbər”ə bildirilib ki, ərazidə işlər hələ tam yekunlaşmayıb.
Ətraflı süjetdə: