AZAL-ın təyyarəsinin qara qutuları yekun rəy verilməsi üçün Braziliyadan Qazaxıstana gətirildi

Aktau yaxınlığında qəzaya uğrayan Azərbaycan Hava Yollarına (AZAL) məxsus təyyarənin qara qutuları Braziliyadan Qazaxıstana gətirilib.

Oxu.Az-ın xəbərinə görə, bu barədə “RIA Novosti” məlumat verib.

Məlumata görə, qutular faciənin səbəbləri ilə bağlı yekun rəy verilməsi üçün komissiyaya təhvil verilib.

Xatırladaq ki, AZAL-ın Bakıdan Qroznıya uçan sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə olan 67 nəfərdən 38-i ölüb, 29-u sağ qalıb.

İlkin məlumatlara görə, təyyarə Rusiya hava məkanından fiziki və texniki kənar müdaxilə nəticəsində qəzaya uğrayıb.

Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 29-da AzTV-yə müsahibəsində bildirib ki, Azərbaycan insident ilə bağlı üç şərt irəli sürüb: Rusiya tərəfi üzr istəməli, günahını etiraf etməli, həmçinin bütün təqsirkarları məsuliyyətə cəlb etməli və Azərbaycana, zərərçəkənlərə, ölən sərnişinlərə və ekipaj üzvlərinə təzminat ödəməlidir.

Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More