Diş həkiminin pasiyenti 7 kiloqramlıq piton oldu – Rusiyadan maraqlı görüntülər

Rusiyada diş həkiminin pasiyenti yeddi kiloqramlıq piton olub.

Oxu.Az-ın kp.ru-ya istinadla verdiyi məlumata görə, hadisə Novosibirskdə qeydə alınıb.

Bildirilir ki, qısaquyruqlu pitonun sahibəsi heyvanının pis vəziyyətdə olması səbəbindən baytarlara müraciət edib. Müayinə zamanı məlum olub ki, ilanın ağzında ona mane olan şişkinlik var.

“Onda stomatit var idi – bu, müxtəlif səbəblərdən yaranan ağız boşluğunun iltihabıdır. Əgər bunu olduğu kimi saxlasaq, yara irinləməyə davam edəcək və ilanı öldürəcək. Biz şanslı idik: irin boynuna getdi, mən onun şişdiyini gördüm və klinikaya yazıldım”, – deyə ilanın sahibəsi bildirib.

Dərhal mütəxəssisə müraciət edilib, onlar da ilanın dişini və geniş iltihab səbəbindən yaranan irinli kütləni çıxarmağa qərar veriblər.

Hazırda ilan evinə qaytarılıb və sahibəsinin sözlərinə görə, özünü yaxşı hiss edir.

Diş həkiminin pasiyenti 7 kiloqramlıq piton oldu – Rusiyadan maraqlı görüntülər





Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More