Ermənistan Parlamentinin sabiq vitse-spikeri: “ABŞ ilə tərəfdaşlıq ölkəyə yaxşı heç nə gətirməyəcək”

“ABŞ və Ermənistan arasında strateji tərəfdaşlıq xartiyasının imzalanması ölkənin İran və Rusiya ilə münasibətlərini pisləşdirəcək”.

Oxu.Az-ın erməni mediasına istinadən məlumatına görə, bunu Ermənistan Parlamentinin sabiq vitse-spikeri, müxalif Ermənistan Respublikaçılar Partiyasının nümayəndəsi Eduard Şarmazanov bildirib.

O qeyd edib ki, mümkün ABŞ-İran münaqişəsi halında Vaşinqtonla ilə belə bir sazişin imzalanması Ermənistan üçün ciddi problemlər yaradacaq.

“Belə bir mürəkkəb geosiyasi vəziyyətdə Rusiya və İranla münasibətləri pozmaq sadəcə axmaqlıqdır”, – deyə politoloq bildirib.

Partiya nümayəndəsi, həmçinin qeyd edib ki, bu cür sənədlərin başqa ölkələr tərəfindən imzalanması onlara yaxşı heç nə gətirməyib.

“Təhdidlər azalmayacaq, əksinə artacaq. Qərbin heç bir əsgəri Ermənistanın təhlükəsizliyini qorumağa gəlməyəcək. Qərb Ermənistanın anti-Rusiya və anti-İran olmasını istəyir”, – deyə Şarmazanov bildirib.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More