Həbs edilən Cənubi Koreya Prezidenti ifadə verməkdən imtina edib

Bu gecə həbs edilən Cənubi Koreya Prezidenti Yun Sok Yol istintaq orqanının ona qarşı irəli sürdüyü cinayət işi ilə bağlı ifadə verməkdən imtina edib.

Oxu.Az xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.

Yun Sok Yol yalnız onu qeyd edib ki, qan tökülməsinin qarşısını almaq məqsədi ilə hüquq-mühafizə orqanlarına təslim olub, lakin istintaqı qanunsuz hesab etməkdə davam edir.

Dövlət Antikorrupsiya Agentliyinin müstəntiqləri Cənubi Koreya Prezidenti Yun Sok Yolu Seulda qiyam ittihamı ilə həbs ediblər.

Oxu.Az bildirir ki, bu barədə “Yonhap” agentliyi yazır.

Agentlik vurğulayır ki, vəzifədə olan prezidentin istintaq orqanı tərəfindən həbs edilməsi ölkənin tarixində görünməmiş bir haldır.

Bundan bir qədər əvvəl təhlükəsizlik qüvvələri Yun Sok Yolu həbs etmək üçün Seuldakı prezident iqamətgahının ərazisinə daxil olublar. Onlar üç barrikada xəttini dəf etməli oldular.

Eyni zamanda, Yun Sok Yolun vəkilləri onun könüllü olaraq təslim olması ilə bağlı müstəntiqlərlə danışıqlar aparıblar.

Müstəntiqlər Cənubi Koreya prezidentini həbs etmək üçün ilk cəhdi yanvarın 3-də ediblər. Bunun fonunda dövlət başçısını həbs etməyə gələn hərbçilərlə hüquq-mühafizə orqanlarının əməkdaşları arasında toqquşma baş verib. Həmin gün təhlükəsizlik məqsədilə həbs qərarının icrasının dayandırılması qərara alınıb.

Dekabrın 31-də Cənubi Koreyada məhkəmənin fəaliyyəti dayandırılmış prezident Yun Sok Yolun həbsinə order verdiyi bildirilir. O, hərbi vəziyyətlə bağlı üç dəfə dindirilməyə gəlmədiyi üçün müstəntiqlər order üçün müraciət ediblər. Beləliklə, Cənubi Koreya tarixində ilk dəfə bir prezidentə qarşı həbs qərarı verilib.

Dekabrın 27-də Cənubi Koreya parlamentinin üzvləri ona impiçment elan ediblər.

Həbs edilən Cənubi Koreya Prezidenti ifadə verməkdən imtina edib







Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More