Marmarayın mühəndisi Vüsal Aslanovun müşaviri oldu: 10 stansiyanı layihələndirəcək

Türkiyənin İstanbul şəhərindəki məşhur Marmaray sualtı tunelinin mühəndisi Orhan Yenigünə “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətində vəzifə verilib.

Oxu.Az “Qaynarinfo”ya istinadən xəbər verir ki, türkiyəli mütəxəssis Orhan Yenigün “Bakı Metropoliteni” QSC-də sədrin müşaviri təyin olunub.

O, Bakıda yeni çəkiləcək 10 metrostansiyanın layihəsinin hazırlanmasında yaxından iştirak edir.

“Bakı Metropoliteni” QSC-dən bildirilib ki, təcrübəli mütəxəssis bir müddətdir “Bakı Metropoliteni” QSC-də sədrin müşaviri kimi fəaliyyətə başlayıb və hazırda bu vəzifədə çalışır.

Qeyd edək ki, “Bakı Metropoliteni” QSC-nin sədrinin müşaviri Orhan Yenigün 1967-ci ildə Türkiyədə anadan olub.

Metro və yüngül relsli nəqliyyat sistemləri onun karyerasında xüsusi yer tutur. İstanbul metrosunun inşaatında bir sıra layihələrin əlaqələndiricisi və rəhbəri olub. 1994-1999-cu illərdə Taksim-4-Levent xəttinin inşaatında nəzarət işləri mühəndisi olub, 1999-2009-cu illərdə Yenikapı-Taksim xəttinin tikintisinə, 2009-2012-ci illərdə Kadıköy-Kartal, 2012-2018-ci illərdə Üsküdar-Ümraniye-Çekmeköy kimi mühüm layihələrə rəhbərlik edib.

Orhan Yenigün İstanbul metrosunun Gebze-Haydarpaşa, Sirkeci-Halkalı Banliyö xətlərinin modernləşdirilməsində, eləcə də məşhur Marmaray layihəsində sualtı tunelin inşasında mühəndis və müşavir kimi fəaliyyət göstərib.

Xatırladaq ki, 20.12.2024-cü ildə “Bakı Metropoliteni”nin sədri Zaur Hüseynov vəzifəsindən azad olunub və yerinə Vüsal Aslanov təyin edilib.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More