Mikayıl Cabbarov Konstantin Limitovski ilə görüşüb

İqtisadiyyat naziri Mikayıl Cabbarov Asiya İnfrastruktur İnvestisiya Bankının baş investisiya direktoru ilə görüşüb.

O bu barədə özünün “X” hesabında paylaşım edib.

Nazir Konstantin Limitovski ilə görüşməyin xoş olduğunu deyib:

“İnfrastruktur, enerji və nəqliyyat layihələri üzrə tərəfdaşlıq məsələlərini müzakirə etdik. Səmərəli əməkdaşlıq üçün yeni istiqamətlərin müəyyənləşdirilməsinin əhəmiyyətini vurğuladıq”.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More