Novak Cokoviç tarixi rekorda imza atıb

Serbiyalı tennisçi Novak Cokoviç tarixi rekorda imza atıb.

Oxu.Az xəbər verir ki, o, “Böyük Dəbilqə” turnirlərində ən çox oyun keçirən raketka ustası olub.

Dünyanın 7 nömrəsi Avstraliya Açıq Çempionatının 2-ci turunda portuqaliyalı Xayme Fariyaya (6:1, 6:7 (4:7), 6:3, 6:2) qalib gəlib. Bu onun belə turnirlərdə 430-cu matçı olub. Cokoviç bu göstəricidə Rocer Federeri (429) üstələyib.

O, cinsindən asılı olmayaraq, “Böyük Dəbilqə” yarışlarında ən çox çıxış edən tennisçidir. İlk 5-likdə Serena Uillyams (423), Rafael Nadal (358) və Venus Uillyams (356) da yer alıblar.



Mənbə

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More