İtkin düşən balıqçının qardaşı: “Deyirlər, tutub İrana aparıblar”

Lənkəran rayonunun Siyavar kəndi istiqamətində, dənizdə itkin düşmüş hesab edilən balıqçılar 1984-cü il təvəllüdlü Mahmud İbayev və 1968-ci il təvəllüdlü Nazim Abbasovun axtarışları davam etdirilir.

Oxu.Az Baku TV-yə istinadən xəbər verir ki, itkin düşmüş Mahmud İbayevin qardaşı Rəşad İbayev hələlik yeni məlumat olmadığını bildirib.

O qeyd edib ki, bəzən sosial şəbəkələrdə həqiqətə uyğun olmayan, dəqiqləşdirilməmiş məlumatlar yayılır:

“Dənizin üstündə nə bir iz, nə ipucu tapa bilirik. Yerli camaat arasında guya İran gəmisinin tutub aparması barədə şayiələr dolaşır”.

Ətraflı süjetdə:

İtkin düşən balıqçının qardaşı: “Deyirlər, tutub İrana aparıblar”





“İtkin düşdükləri ehtimal edilən Lənkəran rayonunun Siyavar kənd sakinlərinin axtarışları davam edir”.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

“13 yanvar 2025-ci il tarixində Lənkəran şəhəri, Siyavar kəndi yaxınlığında Xəzər dənizində iki balıqçının itkin düşməsi barədə FHN-in “112” qaynar telefon xəttinə daxil olmuş məlumat əsasında vətəndaşların axtarış-xilasetmə əməliyyatı qurumun qüvvələri tərəfindən davam etdirilir”.

Xatırladaq ki, yanvarın 13-də səhər saatlarında dənizə çıxan Lənkəran rayonunun Siyavar kənd sakinləri, balıqçılıqla məşğul olan 1984-cü il təvəllüdlü Mahmud Əbdüləli oğlu İbayev və 1968-ci il təvəllüdlü Nazim Səməd oğlu Abbasov geri qayıtmayıblar. Balıqçıların qayığının dumanlı hava şəraitinə görə istiqamətini dəyişdiyi ehtimal olunur.

İtkin düşən balıqçının qardaşı: “Deyirlər, tutub İrana aparıblar”





Əzizə İsmayılova



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More