Masallı sakinindən altı kiloqram narkotik vasitə götürülüb

Masallı Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat həyata keçiriblər. Narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən Masallı sakini saxlanılıb.

Oxu.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.

Bildirilib ki, tədbirlərlə əvvəllər də eyni əmələ görə məhkum olunmuş 44 yaşlı Fariz Bağırov saxlanılıb. Ondan ümumilikdə 6 kiloqram marixuana, heroin və metamfetamin aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb, F.Bağırov barəsində həbs qətimkan tədbiri seçilib.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More