Qəzza razılaşması pozuldu: İsrail “HƏMAS”ı günahlandırır

İsrailin baş naziri Benyamin Netanyahunun ofisi Fələstinin HƏMAS hərəkatını Qəzza üzrə razılaşmanı pozmaqda və son anda güzəşt əldə etməyə çalışaraq vasitəçilərlə razılaşdırılmış bir neçə bənddən imtina etməkdə günahlandırıb.

Oxu.Az-ın xəbərinə görə, bu barədə İsrail hökuməti başçısının ofisinin mətbuat xidmətindən məlumat verilib.

“HƏMAS son anda böhran yaradır və bununla da razılaşmanın əldə olunmasına mane olur”, – deyə məlumatda qeyd olunub.

Netanyahunun ofisi həmçinin vurğulayıb ki, vasitəçilər HƏMAS-ın razılaşmanın bütün bəndlərini təsdiqlədiyi barədə məlumat verənə qədər İsrail sazişi təsdiqləmək üçün hərbi-siyasi kabineti və hökumətin iclasını çağırmayacaq.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More