Sumqayıtda evdə yanan qadın xəstəxanada ölüb

Sumqayıt şəhərində evdə yanan 71 yaşlı qadın xəstəxanada ölüb.

Oxu.Az “Report”a istinadla xəbər verir ki, hadisə 3 gün öncə Sumqayıt şəhər Yaşıl dərə yaşayış massivində qeydə alınıb.

1953-cü il təvəllüdlü Solmaz Əjdər qızı Məcidova ehtiyatsızlıq nəticəsində yanıb.

O, dərhal Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb.

Aparılan müayinə və müalicələrə baxmayaraq, o, bu gün xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More