Abşeronda baş vermiş partlayışda xəsarət alan uşaqların VƏZİYYƏTİ AÇIQLANDI

Abşeron rayonu, Atyalı qəsəbəsi, Z.Əliyeva küçəsində yerləşən həyət evində baş verən partlayış nəticəsində xəsarət alan uşaqların vəziyyəti açıqlanıb.

Kliniki Tibbi Mərkəzin Mətbuat Xidmətinin katibi Ruzbeh Məmməd Oxu.Az-a açıqlamasında bildirib ki, uşaqların evə buraxılmaları nəzərdə tutulur.

“17 yanvar 2025-ci il tarixdə müxtəlif bədən xəsarətləri ilə 4 uşaq (3 kişi, 1 qadın cinsli) Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Yardım şöbəsinə hospitalizasiya edilib. Onlara ilkin tibbi yardım göstərilib. Evə buraxılmaları nəzərdə tutulur”,- deyə R.Məmməd vurğulayıb.

Abşeron rayonunda baş verən partlayış zamanı xəsarət alanların vəziyyəti açıqlanıb.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, partlayış zamanı 5 nəfər xəsarət alıb.

“Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 17 yanvar saat 20:05-də Abşeron rayonu, Atyalı, Z.Əliyeva küçəsində yerləşən həyət evində partlayış baş verməsi səbəbilə çağırış daxil olub.

Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.

Təcili tibbi yardım briqadası tərəfindən xəsarət alan 2, 7, 11, 14 yaşlı uşaqlar (3 kişi və 1 qadın cinsli) müxtəlif dərəcəli bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə, digər xəsarət alan 26 yaşlı şəxs (kişi cinsli) isə bədənin II və III dərəcəli termiki yanığı diaqnozu ilə Nərimanov Tibb Mərkəzinin nəzdindəki Yanıq mərkəzinə təxliyə olunub”,- deyə məlumatda bildirilir.

Əzizə İsmayılova

Abşeronda yaşayış evində partlayış baş verib.

Oxu.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, nazirliyin “112” qaynar xəttinə Abşeron rayonu, Nübar qəsəbəsi ərazisində fərdi yaşayış evində partlayış baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı ümumi sahəsi 70 kvadratmetr olan birmərtəbəli üçotaqlı fərdi yaşayış evində partlayışın baş verdiyi müəyyən olunub.

Partlayış dalğasının təsirindən evə ciddi ziyan dəyib, 2-si uşaq olmaqla 5 nəfər xəsarət alıb.

FHN əməkdaşları tərəfindən ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.

Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

Abşeronda baş vermiş partlayışda xəsarət alan uşaqların VƏZİYYƏTİ AÇIQLANDI







Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More