Günəşdə iki güclü partlayış baş verib

Dekabrın 17-də Günəşdə sondan əvvəlki güc sinfində olan (M sinfi) iki partlayış baş verib.

Oxu.Az-ın xəbərinə görə, bu barədə Rusiya Tətbiqi Geofizika İnstitutundan məlumat verilib.

“Yanvarın 17-də Moskva vaxtı ilə saat 05:11-də (Bakı vaxtı ilə 06:11 – red.) rentgen diapazonunda 3964 (N06W24) Günəş ləkələri qrupunda 16 dəqiqə davam edən M1.3 partlayışı qeydə alınıb. Moskva vaxtı ilə saat 06:20-də (Bakı vaxtı ilə 07:20 – red.) isə rentgen diapazonunda 3961 (S11E44) ləkə qrupunda 28 dəqiqə davam edən M1.2 partlayışı müşahidə edilib”, – deyə məlumatda bildirilib.

Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyasının və Rusiya Elmlər Akademiyasının Günəş-Yer Fizikası İnstitutunun saytındakı məlumatlara görə, yanvarın 11-dən Günəşdə M sinifli partlayışlar baş verməmişdi.

Qeyd edək ki, Günəşdə partlayışlar rentgen şüalanmasının gücündən asılı olaraq beş sinfə bölünür: A, B, C, M və X. Minimal A0.0 sinfi Yerin orbitində 1 kv.m-ə 10 nVt şüalanma gücünə uyğundur. Növbəti hərfə keçərkən güc 10 dəfə artır. Partlayışlar adətən Günəş plazmasının emissiyaları ilə müşayiət olunur ki, onların buludları Yerə çataraq maqnit qasırğalarına səbəb ola bilər.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More