HƏMAS girovları azad etmək üçün Qəzzada atəşkəs tələb edir

Fələstinin HƏMAS hərəkatı israilli girovların azad edilməsi prosesinə yanvarın 19-da başlamaq üçün İsraildən atəşkəs razılaşmasının qüvvəyə minməsinə 48 saat qalmış Qəzza zolağında atəşi dayandırmağı tələb edib.

Oxu.Az xəbər verir ki, bu barədə “Əl-Cəzirə” telekanalı mənbələrə istinadən məlumat yayıb.

Qeyd olunur ki, Qətər, Misir və ABŞ yanvarın 19-da sazişin qüvvəyə minməsindən əvvəl HƏMAS və İsrail arasında atəşkəsin həyata keçirilməsini təmin etmək üçün böyük səylər göstərirlər. Vasitəçilər, həmçinin İsrail tərəfinə cümə günü HƏMAS ilə razılaşmanı təsdiqləməsi üçün təzyiq edirlər.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More