Amad Diallo “Sauthempton”la oyunda üç qol vuraraq “qırmızı şeytanlar”a təkbaşına qələbə qazandırıb.
Oxu.Az “Goal”a istinadən xəbər verir ki, onun üçün bu het-trik karyerasında ilk olub.
Matç vaxtı cinah yarımmüdafiəçisi 22 yaş 189 günlük olub. Yalnız Ueyn Runi (21 yaş 4 gün) “Mançester Yunayted” üçün Premyer Liqada Diallodan daha tez het-trik edib.
Diallo 2022-ci ildən bəri, Kriştianu Ronaldudan sonra Mançester klubunda het-trikə imza atmağı bacaran ilk futbolçu olub.