Patriarx Kirill Azərbaycan Prezidentinə başsağlığı verdi

Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirill Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb.

President.az xəbər verir ki, məktubda deyilir:

“Qazaxıstanın Aktau şəhəri yaxınlığında baş vermiş təyyarə qəzası nəticəsində həlak olan Azərbaycan vətəndaşlarının doğmalarına və yaxınlarına başsağlığı verir, xəsarət alanların tezliklə sağalmalarını arzu edirəm.

Bakı Yeparxiyasının ruhaniləri ilə birlikdə mərhəmətli Yaradana dualar edirəm ki, kədərlənənlərin və yaralananların qəlbinə təsəlli bəxş etsin, bu faciənin təsirinə məruz qalan insanların hamısına güc versin”.

Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More