Moskva və Tehran Xəzər regionunda, Mərkəzi Asiyada, Cənubi Qafqazda və Yaxın Şərqdə sülh və sabitliyin möhkəmləndirilməsi üçün birgə tədbirlər görəcəklər.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu müddəa iki ölkə prezidentinin imzaladığı Hərtərəfli Strateji Tərəfdaşlıq Müqaviləsində öz əksini tapıb.
“Razılığa gələn tərəflər Xəzər regionunda, Mərkəzi Asiyada, Cənubi Qafqazda, Yaxın Şərqdə sülhün və təhlükəsizliyin möhkəmləndirilməsinə töhfə verir, qeyd olunan regionlara müdaxilənin və üçüncü dövlətlərin orada sabitliyi pozan mövcudluğunun qarşısının alınması məqsədilə əməkdaşlıq edir və bu istiqamətdə dünyanın digər regionlarında vəziyyətlə bağlı fikir mübadiləsi aparırlar”, – sənəddə qeyd olunub.