Rusiya və İran prezidentləri Vladimir Putin və Məsud Pezeşkian Hərtərəfli Strateji Tərəfdaşlıq Sazişi imzalayıblar.
Oxu.Az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Sənəd Moskva ilə Tehran arasında münasibətləri yeni səviyyəyə qaldırmalıdır. Belə ki, saziş onların strateji tərəfdaş kimi statusunu təmin edir.
İki ölkə rəsmilərinin sözlərinə görə, saziş müdafiə, terrorla mübarizə, enerji, maliyyə, nəqliyyat, sənaye, kənd təsərrüfatı, mədəniyyət, elm və texnologiya daxil olmaqla bütün sahələri əhatə edir.
Rusiya və İran prezidentləri Vladimir Putin və Məsud Pezeşkian arasında görüş başlayıb.
Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verib.
Məlumata görə, Rusiya Prezidenti Vladimir Putinlə görüş zamanı bildirib ki, İran və Rusiya arasında hərtərəfli strateji əməkdaşlıq sazişinin imzalanması M.Pezeşkian və nümayəndə heyətinin Moskvaya səfərinin əsas məqsədlərindəndir.
“Biz Hərtərəfli Strateji Tərəfdaşlıq Haqqında Müqavilə imzalayacağıq. Çoxdandır ki, bu sənədin üzərində işləyirdik. Çox şadam ki, bunu bitirdik. Əminəm ki, bu sənəd bizim ticarət-iqtisadi münasibətlərimizə müsbət təsir edəcək”, – deyə V.Putin bildirib.