Yasamalda qanunsuz ət kəsimi sexində yoxlamalar aparıldı

Yasamal rayonu ərazisində qanunsuz ət kəsimi sexində polis və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən yoxlamalar aparılıb.

Oxu.Az-ın məlumatına görə, yanvar ayının 17-də Yasamal rayonu M.Xiyabani küçəsində yerləşən qanunsuz ət kəsimi sexində polis və AQTA əməkdaşları tərəfindən antinasitar normalara əməl olunmasına nəzarəti gücləndimək məqsədi ilə tədbir keçirilib.

Nəticədə həmin ünvanda qanunsuz ət kəsimi fəaliyyəti ilə məşğul olan 48 yaşlı Q.Cümşüdov polis əməkdaşları tərəfindən müəyyən olunaraq barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib. Bu istiqamətdə tədbirlər davam etdirilir.

Yasamal rayonu ərazisində antisanitar vəziyyət yaranıb.

Oxu.Az Modern.az-a istinadən xəbər verir ki, bu barədə Yeni Yasamal ərazisində yaşayan sakinlər məlumat veriblər.

Bildirilib ki, Məhəmməd Xiyabani küçəsində qəssabxanada kəsilən heyvanların qanı küçəyə axıdılır.

“Artıq iki gündür, küçədən qan axır, üfunət hər tərəfi bürüyüb”, – deyə sakinlərdən biri gileylənib.

Sakinlər müvafiq qurumlara müraciət etdiklərini, ancaq hələlik cavab ala bilmədiklərini əlavə ediblər.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More